Müsahibə
Elza Seyidcahan: "Rəqsanə böyük..." - MÜSAHİBƏ
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. Sülh günündə fikirləşdik ki, görəsən kimdən müsahibə alsaq, maraqlı olar, ağlıma ilk gələn əməkdar artist sevilən sənətçi Elza Seyidcahan oldu. Həmkarı Rəqsanə ilə aralarında soyuq küləklər əsən ekstravaqant Elza xanımı söhbətə çəkdik. Məramımız həm də sülh günündə savab işə imza atmaqdan ibarət idi. Deyəsən, iki həmkarı barışdıra bildik. Deyəsən, yox, yüz faiz. Çünki Seyidcahan Rəqsanəyə elə bir hədiyyə boyun oldu ki, düşünmürəm ürəyiyumşaq həmkarı bu hədiyyənin qabağında əriməsin.
O nə hədiyyədir elə? Niyə deyirəm ki…
E.Seyidcahanın Publika.az-a verdiyi müsahibəni oxuyun.
- Bu gün Beynəlxalq Sülh günündə bilirsən niyə məhz sizi
seçmişik?
- Çünki mən sülh quşu, sülh mələyiyəm. Mən evdə hətta milçəyi belə öldürmürəm, onu dəsmalla qovub çıxarıram. O da canlıdır, niyə öldürüm axı? Mən insanlar arasında, tədbirlərdə, məclislərdə çox oluram. İnsanlar mənə yaxınlaşıb, şou-biznes aləmində olan həmkarlarımın şəxsi həyatı barədə suallar verirlər. Mən onlara həqiqəti söyləyirəm. Hətta onların danışdığı şayiə olmasa da belə mən həmkarlarımın müdafiəsinə qalxıram. Mən sülh rəmziyəm, sülh mələyiyəm.
- Bəs nə əcəb sülh mələyi həmkarı Rəqsanənin xətrinə dəydi? Sizdən çıxmayan iş…
- Mən verilişdə qonaq idim, psixoloq nəsə danışdı, əhval-ruhiyyəm dəyişdi. Emosiyalara qapıldım və loru dillə desəm, arada Rəkiş yandı.
- Yəni, Rəqsanə barədə danışmaq fikriniz yox idi?
- Elə sərt formada danışmaq fikrində deyildim. Mən sadəcə olaraq bir böyük kimi ona bir-iki iradlarımı söylədim. Bunu ad şişirtdilər. Rəqsanəni mənim üstümə qızışdırdılar, məni rəqsanəninin üstünə qızışdırdılar. Əslində Rəqsanə çox zəhmətkeş, səmimi qızdır, gözəl anadır. Ana demişkən, onun anasının müdrik məsləhətini oxudum və o qadına hörmətim birə-beş artdı. Necə təmkinli, müdrik qadındır ki, övladına belə gözəl məsləhətlər verib.
- Rəqsanə ilə əvvəllər münasibətiniz necə olub?
- Əslində mən ona zəng edib təşəkkürlərimi çatdıracaqdım, amma araya inciklik düşdü.
- Niyə təşəkkür edəcəkdiniz ki?
- Mənim seçkilərə qatıldığım vaxtlarda çəkdirdiyim fotolardan birini Rəqsanə sosial şəbəkədə öz səhifəsində paylaşmışdı. Çox xoş oldu mənə. Fikirləşdim ki, ona zəng edim, minnətdarlığımı bildirim.
- Bəs indi, Sülh günündə həmkarınıza jest etmək istəmirsiniz?
- Bu xəbəri ona çatdırmaq sizə qismət imiş. Mən elə Publika.az saytı vasitəsi ilə Rəqsanəyə səslənirəm və deyirəm, sənə mahnı hədiyyə edirəm. “Vals” adlı gözəl bir musiqidir, əslində onu özüm də oxumaq istəyirdim. Bir çox xalq artistləri, əməkdar artistlər o mahnı üçün mənə müraciət edib, amma mən onu Sülh günündə Rəqsanəyə hədiyyə edirəm. Oxusa da canı sağ olsun, oxumasa da. Həm də onu demək istəyirəm ki, Rəqsanə təşəkkürdən də yüksək mükafata layiqdir. Bu mükafatı mən ona hədiyyə etdim.
- Elza xanım, sənət aləmində başqa küsülü olduğunuz həmkarlarınız varmı?
- Yox. Arada inciklik, soyuqluq ola bilər. Amma küsülü deyilik. Olur kimsə mənim də xətrimə dəyir, şeirlərimə nəzirələr yazırlar, istehsazlar olur, özümü parodiya edirlər. Hətta mənə təhqirə belə sərt cavab vermirəm. Çünki ailə tərbiyəm buna imkan vermir.
- Brilliant Dadaşova, Aygün Kazımova ilə münasibətləriniz necədir?
- Hamıyla xoş münasibətdəyəm. Hətta rəhmətlik İlhamə xanıma da halallıq vermişəm. Ağ çiçəklərlə yasına getdim, cənazəsi qarşısında əyildim və dedim ki, sənə halallıq verirəm.
- Sizcə, o qəbul elədi?
- Ruhu qəbul elədi.
- Haradan bildiniz?
- Onun cənazə mərasiminə saysız-hesabsız güllər gətirmişdilər. Amma onun məzar daşına məhz mənim güllərim nəsib oldu. Bu da o deməkdir ki, halallığımı qəbul elədi.
- Heç yuxunuza girir İlhamə xanım?
- Tez-tez girir və mən həmin gün onu ruhuna yasin oxutdurub, halva bişirirəm.
- Necə girir yuxunuza?
- Ötəri görürəm. Bu gün onun yoxluğu çox görünür, İlhamə xanımın boşluğunu doldurmaq çətindir.
- İndən belə sülh mələyi kimi missiyanız nədən ibarət olacaq?
- Mən şəbədə qoşmuram, günahları basdırıram, söz-söhbəti şirirtmirəm. Əksinə hətta, günahı olan adam varsa da, mən onu elə təqdim edirəm ki, sanki günahsızdır. Dinimizdə də var ki, günahları örtmək lazımdır. Sülh günündə hər kəsi barışa çağırıram.
Cəvahir
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib










.jpg)








.jpg)


















