Qırmızı.az
“Məxfi Qarabağ PLANI”: Sarkisyan təslim olur
Ermənistan prezidenti Serj Sarkisyanın “dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağa səfəri erməni ictimaiyyətini ən çox düşündürən sualdır.
Publika.az xəbər verir ki, Ermənistanda əksəriyyət Sarkisyanın torpaqların qaytarılmasını müzakirə etmək və Qarabağdakı komandanlığa geri çəkilmək təlimatını vermək üçün Xankəndinə getdiyi düşünür.
Erməni müəllif Yeqizar Ayntabçi diplomatik mənbələrə istinadən yazır ki, Dağlıq Qarabağla bağlı məxfi plan var və aparılan müzakirələr, onların detalları gizli saxlanılır: “Rusiyanın yeni Qarabağ planı tamamilə məxfi saxlanılır. Lakin İrəvanda söhbətləşdiyim dipliomat adının açıqlanmaması şərti ilə bir məqama toxundu. Bu erməni xalqı üçün dəhşətlidir, amma bir o qədər də həqiqətə bənzəyir. Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır. Sarkisyan hakimiyyəti ən son məqamda detalları açıqlayacaq. Hansı ki, həmin vaxt çox gec olacaq”.
Müəllif qeyd edir ki, hazırda Sarkisyan hakimiyyəti erməni icyimaiyyətini “təslimçi sülhə” hazırlamaq istiqamətində hərəkətə keçib: “Hakimiyyətin təbliğat maşını prosesə strat verib. Mənimlə danışan diplomat Sarkisyanın son məqamda “təslimçi sülhü” Dağlıq Qarabağın (qondarma “DQR” rejimi nəzərdə tutulur - red) üzərinə yıxmaq istəyir. O, Qarabağa bu məqsədlə getmişdi”.
Müəllif Sarkisyan hakimiyyətinin Rusiyanın Ermənistanı satmasına qarşı çıxa bilmədiyini qeyd edib.
Asif Nərimanlı
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq










.jpg)


.png)





.jpg)
















