Dünya
İki saata 4 milyard qazandı
“Facebook” sosial şəbəkəsinin sahibi Mark Zukerberq NASDAQ elektron birjasında iki saat ərzində gəlirini 4,3 mlrd dollar artırmağa müvəffəq olub.
Bu barədə “Forbes”-un məlumatında bildirilir. Qeyd edək ki, Mark
Zukerberq hazırda dünyanın ən zəngin insanları reytinqində 6
pillədə qərarlaşıb. 32 yaşlı milyarderin sərvətinin dəyəri 51.8
mlrd dollar təşkil edir.
Qeyd edək ki, “Facebook” rüblük hesabatında gəlirlərinin
analitiklərin proqnozlaşdırdıqlarından çox olduğunu açıqladıqdan
sonra şirkətin səhmlərinin dəyəri 10 faizədək qalxıb.
Şirkətin xalis gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3
dəfə artıb.
Bundan başqa, “Facebook” sosial şəbəkəsi fəal istifadəçi auditoriyasını 15 faiz artıraraq 1,65 mlrd nəfərə çatdırıb. (APA)
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər