Qüdrət Həsənquliyev: “DİN Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir”
Bizi izləyin

Qırmızı.az

Qüdrət Həsənquliyev: “DİN Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir”

“Son vaxtlar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ictimai asayişin etibarlı təmin edilməsi istiqamətində cinayətkar qruplaşmalara qarşı effektiv mübarizə aparılır. Ölkədə insanlar bunu görür və yüksək qiymətləndirir”.

Publika.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında müzakirələr zamanı bildirib.

Deputat deyib ki, insan alverinə qarşı mübarizə də Azərbaycanda yüksək dəyərləndirilir:

“Hesabatda görünür ki, bu istiqamətdə DİN beynəlxalq qurumlarla ciddi əməkdaşlıq edir, insan alverinə qarşı mübarizə aparır. Bu, çox müsbət addımdır.

Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı mübarizəsini təqdir edirəm. Amma təkcə narkotik istifadəçiləri və alverçilərinə qarşı yox, dünyanın nəhəng kartelləri və sindikatlarına qarşı da mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu qlobal narkotik alverinə qarşı mübarizəyə töhfə verilməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, son bir ay ərzində gömrük orqanları iki böyük partiya narkotik maddəni aşkarlayıb:

“Bu zaman 1 tondan artıq, dəyəri milyonlarla dollar olan narkotik maddə aşkarlanıb. Narkotikanı aşkar edənləri yüksək mükafata layiq görmək lazımdır ki, bu sahə ilə mübarizəyə diqqət daha da artsın. DİN mütləq Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Bu yaxınlarda aşkar edilən narkotika kişmişin içərisində Belçikaya göndərilirmiş. Bizim müvafiq qurumlar beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməlidir. O cümlədən İranla əməkdaşlıq edilməlidir. Çünki uzun müddətdir İrandan ölkəmizə narkotika daşınır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm