İdman
“Karatenin Maradonası” Avropa çempionatının finalında!
Karate üzrə 12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev növbəti dəfə qitə çempionatının finalına çıxıb.
Publika.az xəbər verir ki, Fransanın Monpelye şəhərindəki çempionatda Andorra (5:0), Avstriya (4:0), Macarıstan (1:0) və Fransa (6:0) idmançılarını xal vermədən məğlub edən R.Ağayev mayın 7-də finalda türkiyəli idmançı Ərman Əltəmurla qarşılaşacaq.
Həmin gün Azərbaycan milli komandasının üzvlərindən Niyazi Əliyev (67 kq), İrina Zaretska (68 kq) və Roman Heydərov (kata) bürünc medal qazanmaq üçün tatamidə həlledici görüşə çıxacaqlar.
Üstəlik, bu gün Avropa çempionatının komanda yarışları başlayıb. Niyazi Əliyev, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov ilə Orxan Heydərlidən ibarət Azərbaycan milli komandasının ilk rəqibi Portuqaliya və Rusiya görüşünün qalibi olacaq. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın komandası isə əvvəlcə Portuqaliya karateçiləri ilə görüşəcək. Medallar uğrunda həlledici döyüşlər mayın 8-də keçiriləcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu