Qırmızı.az
Tələbələr yayda dincələ bilməyəcəklər
"Azercell Telekom” MMC-nin mütəxəsissləri Xəzər Universitetində keçirilən “Karyera günləri” çərçivəsində tələbələrlə görüş keçirib. Şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları, o cümlədən 15 may tarixində başlayacaq “Yay Təcrübə Proqramı” haqqında tələbələrə ətraflı məlumat verib və Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar.
Görüş zamanı Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.
Məlumat üçün bildirək ki, “Yay Təcrübə Proqramı” çərçivəsində mərhələlərlə seçilən gənclər 3 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı qazanırlar.Telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.
Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən “Karyera Günləri” təşkil edilir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə
bilərsiniz
-
Dünya08:15Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
-
İdman07:15Portuqal futbolçular Ronaldonu boykot etdilər - Dünya çempionundan şok ittiham
-
ABŞ05:15ABŞ bu dəfə "İran elitasının maliyyəçisi"ni hədəf aldı
-
Region04:30Xameneinin dəfn olunduğu yerin görüntüsü üzə çıxdı - Foto
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib















.jpg)


.jpg)









.webp)









