ÇL: “Sabah” – “Barselona” oyunu azarkeş sayına görə 3-cü oldu
Bizi izləyin

İdman

ÇL: “Sabah” – “Barselona” oyunu azarkeş sayına görə 3-cü oldu

ÇL: “Sabah” – “Barselona” oyunu azarkeş sayına görə 3-cü oldu

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda keçirilən “Sabah” – “Barselona” oyunu azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda tribunalarda 66321 tamaşaçı olub.

Bu göstərici ilə qarşılaşma azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada “Real”ın PSV-ni 5:1 hesabı ilə məğlub etdiyi oyun yer alıb. Madriddəki bu matçı 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın “İnter” klubu ilə Almaniya “Ştutqart”ı arasındakı görüş (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

“Sabah” “Barselona”ya 1:4 hesabı ilə uduzub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm