ŞOK: Saakaşvilinin “korrupsiya sxemi”
Bizi izləyin

Dünya

ŞOK: Saakaşvilinin “korrupsiya sxemi”

Gürcüstanın keçmiş baş konsulu, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin köməkçisi Teymuraz Nişnianidzeninin rəhbərlik etdiyi “Odessanın xeyrinə” Fondunda aparılan axtarışlar zamanı milyonlarla dollar nağd pul götürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Obozrevatel” nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, Nişnianidze fondun direktoru təyin olunmasından sonra “Odessanın xeyirinə” Fondunun bütün hesabları “Platinum bank”a köçürülüb. Bank Odessa biznesmenləri Aleksandr Qranovski və Boris Kaufmanın nəzarəti altındadır. Maraqlıdır ki, Kaufman və Qranovski Mixail Saakaşvilinin sponsorlarıdır. Bundan başqa, KİV-in məlumatına görə, Aleksandr Qranovski Saakaşvili tərəfindən təşkil edilən Korrupsiyaya qarşı Forumun sponsoru rolunda çıxış edirdi.

Məlumata görə, Saakaşvilinin nəzarətində olan fond vasitəsilə qaçaqmalçılıqdan alınmış böyük məbləğlər yuyulurdu. “Korrupsiya sxemi”nə Odessa gömrüyünün müdiri Yuliya Maruşevskayanın da qarışdığı bildirilir.

Nişnianidzenin rəhbəri olduğu fondun Odessanın bir sıra məşhur biznesmenlərindən pul topladığı bildirilir. Məlumata görə, “Delta Bilmar” şirkəti fondun hesabına 2,5 milyon qrivna (təxminən 100 min dollar) köçürüb.

Xatırladaq ki, mayın 26-da Ukrayna Baş prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri Teymuraz Nişnianidzeninin kabineti və evində, o cümlədən Odessanın xeyrinə” Fondunda axtarışlar aparıb. Baş prokuror Yuri Lusenko bildirib ki, axtarışlar siyasi motivlərlə bağlı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm