Nida.az
İyunun 1-dən yeni vergi güzəştləri...
İyunun 1-dən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq.
Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Bununla bağlı, Prezident İlham Əliyev "Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu dəyişiklik daşıma xərclərinin azalmasına səbəb olmaqla yanaşı, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıracaq.
Dəyişikliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən xarici yükdaşıma şirkətləri ölkə sərhədlərinə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər qət etdikləri məsafəyə görə yol vergisi və dövlət rüsümundan azad olacaqlar. Eyni qaydada Azərbaycan gömrük keçidindən ölkəyə yük gətirən avtomobilllər ən yaxın dəmir yolu stansiyasına daşınmaya görə vergi və rüsum ödəməyəcək. Güzəşt müddətinin 3 ili əhatə etməsi nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirir ki, yenilik Azərbaycanı yükdaşıma üçün cəlbedici ölkəyə çevirəcək.
Vergi Məcəlləsinə görə əvvəllər yükün daşınması zamanı yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayına əsasən müəyyən edilirdi. Belə olan halda İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri xeyli artırdı.
Dəyişikliklər eləcə də Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu