Dünya
Prezidentin varisi parlament üzvü seçildi
Düşənbə şəhərinin xalq deputatları məclislərinin birgə sessiyasında Tacikistan prezident aparatının rəhbəri və ölkə prezidenti İmamoli Rahmonun qızı Ozoda Rahmon parlamentin yuxarı palatasının üzvü seçilib.
Onun namizədliyi aprelin 14-də Düşənbə şəhərinin xalq deputatları tərəfindən irəli sürülmüş və "yekdilliklə" dəstəklənmişdi.
Ozoda Rahmonun seçildiyi dairəni daha əvvəl prezident aparatının keçmiş rəhbəri Baxtiyor Xudoyorzoda təmsil edirdi. Ancaq yanvar ayında o, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə təyin edildiyinə görə senator səlahiyyətlərini dayandırmalı olub.
Prezident aparatının digər iki keçmiş rəhbəri Amirşo Miraliyev və Matlubxon Davlatzoda da senata seçilərək senatın müxtəlif komitələrinə rəhbərlik ediblər.
38 yaşlı Ozoda Rahmon 5 uşaq anasıdır. O, hüquq elmləri namizədidir. 2005 - 2007-ci illərdə Tacikistanın ABŞ-dakı səfirliyinin mədəniyyət şöbəsində işləyib. 2007 - 2009-cu illərdə isə Tacikistan XİN-nin konsul idarəsinin rəhbəri olub. Artıq 2009-2014-cü illərdə Tacikistan Xarici işlər nazirinin müavini, 2014-cü ildən birinci müavini olan Rahmon bu il yanvarın 27-də Tacikistan prezident aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Məclisi-Millinin (Tacikistan parlamentinin yuxarı palatası belə adlanır) üzvləri aşağı palatadan fərqli olaraq birbaşa səsvermə ilə seçilmirlər. 33 üvdən 25-i Dağlıq Bədəxşan Muxtar Vilayəti, Soqd və Xatlon vilayətlərinin şəhər və rayonlarından, Düşənbə və onun raynlarından, habelə respublika tabeliyində olan rayonlardan seçilmiş deputatların birgə iclaslarında gizli səsvermə yolu ilə seçilir. Senatın yerdə qalan 8 üzvü isə ölkə prezidenti tərəfindən təyin edilir.
Ölkənin birinci prezidenti Qahhor Mahkamov Məclisi-millinin ömürlük üzvü statusuna malikdir.
Düşənbənin meri Mahmadsaid Ubaydullayev isə parlamentin yuxarı palatasının yarandığı gündən, yəni 2000-ci ildən bəri onun "əvəzolunmaz" spikeridir.
Ozoda Rahmonu Tacikistan prezidentinin varisi sayanlar da var.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu