Art
Əsər əsasında ekranlaşdırılmış ən yaxşı filmlər – FOTOLAR
Publika.az çəkildiyi əsərdən daha təsirli alınan filmlərin siyahısını təqdim edir:
1. “Psix” 1960
Rejissor: Alfred Xiçok
Ssenarist: Cozef Stefano
Kitab: “Psix” Robert Blox (1959)
Niyə film daha yaxşı alınıb?
Kitab əsasında çəkilmiş film ekranlara çıxan kimi böyük əks-səda yaratmışdı. Hətta filmin ağ-qara rəngdə çəkilməsi ona olan marağı azaltmayıb.
2. “Doktor Streynclav, yaxud Mən qorxudan necə azad oldum və ya bombanı sevdim” 1964
Rejissor: Stenli Kubrik
Ssenaristlər: Stenli Kubrik, Piter Corc və Terri Sauzern
Kitab: “Qırmızı həyəcan” Piter Corc (1958)
Niyə film daha yaxşı alınıb?
Müharibə və militarizm əleyhinə çıxam Kubrik nüvə müharibəsindən bəhs əsərə incə yumor və satira əlavə edib.
3. “Məzun” 1960
Rejissor: Mayk Nikols
Ssenaristlər: Kolder Uillinqem və Bak Henri
Kitab: “Məzun” (1963) Çarlz Uebb
Niyə film daha yaxşı alınıb?
Dastin Hoffman və Enn Benkroft tarixi bəzəməklə onun kitabdan daha təsirli alınmasına nail olub.
4. “Qurulmuş portağal” (1971)
Rejissor: Stenli Kubrik
Ssenarist: Stenli Kubrik
Kitab: “Qurulmuş portağal” (1962) Anthoni Burgess
Niyə film daha yaxşı alınıb?
Kitab qəliz dildə yazıldığı üçün onu qavramaq çətindir, lakin Kubrik filmi ekrana çıxartmaqla onu kulta çevirə bilib.
5. “Xaç atası” (1972)
Rejissor: Frensis Ford Koppola
Ssenarist: Frensis Ford Koppola, Mario Pyuzo
Kitab: “Xaç atası” (1969) Mario Pyuzo
Niyə film daha yaxşı alınıb?
"Xaç atası" filmində rejissor yalnız Nyu-York-Siciliya mafioz ailəsinin başına gələnləri deyil, müharibədə zərər çəkmiş müxtəlif ailələrin talelərini göstərə bilib. Ona görə də insanlar filmi çox sevir.
6. “Dənizin dişləri” (1975)
Rejissor: Stiven Spilberq
Ssenarist: Piter Bençli və Karl Qottlib
Kitab: “Dənizin dişləri” (1974) Piter Bençli
Niyə film daha yaxşı alınıb?
Kitab sadəcə olaraq trillerdir, film isə daha təsirli çəkilib. Nə qədər qəribə olsa da, film az büdcə ilə çəkilib.
7. Ququ quşu yuvasının üzərindən uçarkən (1975)
Rejissor: Miloş Forman
Ssenaristlər: Lourens Xaben, Bo Qoldman
Kitab: “Ququ quşu yuvasının üzərindən uçarkən” (1962) Ken Kizi
Niyə film daha yaxşı alınıb?
Dram filmi Ken Kizinin eyni adlı romanı əsasında çəkilib. O, ümumdünya film tarixində 5 Oskar mükafatı alan ikinci film olub. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bəhs edən film Oreqon ştatındakı ruhi xəstəxanada çəkilib.
8. “Parıltı” (1980)
Rejissor: Stenli Kubrik
Ssenaristlər: Stenli Kubrik, Dayana Conson
Kitab: “Parıltı” (1977) Stiven Kinq
Niyə film daha yaxşı alınıb?
Kubrik filmin kompozisiyasını dəyişməklə onu həqiqətən daha dəhşətli edib.
9. Döyüş klubu (1999)
Rejissor: Devid Finçer
Ssenarist: Cim Yls
Kitab: Döyüş klubu (1996) Çak Palanik
Niyə film daha yaxşı alınıb?
Rejissor əsərin sonluğunu dəyişib. Bu da tamaşaçının şüuruna təsir edərək onun daha maraqlı alınmasına kömək edib.
10. “Arzu üçün rekviyem” (2000)
Rejissor: Darren Aronofski
Ssenarist: Darren Aronofski
Kitab: “Arzu üçün rekviyem” (1978) Xyubert Selbi
Niyə film daha yaxşı alınıb?
İlk kadrlarda kitabla film arasında fərq nəzərə çarpmır, amma bu təəssürat aldadıcıdır. Rejissor kitabda təsvir edilən bütün dəhşətləri qəsdən yumşaldıb.
Aytən
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan