Qırmızı.az
Ağdaşdakı ruhlar, qadınların soyqırımı və ya səhv düşəndə ayağımız...
Hələ Məsih doğulmamışdı və bizim era başlamamışdı. Bizim
tarix kitablarında “e.ə” deyə oxuduğumuz eramızdan əvvəl XI-VIII
əsrlər idi. Bəşəriyyət özünün ən sonuncu kəşfini – dəmiri tapmışdı
və “artıq bu sondur” deyə kəşflər kitabını bağlamışdı. Dəmirin
tapılması tarixin gedişatını dəyişdi, bütün alətlər dəmirdən
düzəldildi, silahlar ixtira olundu və daha nələr,
nələr...
Əsrlər ötdü, Məsih dünyaya gəldi və bizim eramız başlandı. Dünya
inkişaf etdi, maşınlar, tanklar, silahlar ixtira olundu, hər şeyin
içinə bir az dəmir qarışdırdıq və “e.ə” insanımızın “sonuncu kəşfi”
hesab etdiyi dəmir öz dəmirliyindən çıxdı. Daha doğrusu biz belə
düşünürdük, ta o zaman qədər ki, ikinci minilliyin ikinci
onilliyində, iyunun 23-də, bir yay səhəri xəbər çıxdı: “Bərdədə ər
arvadını balta ilə öldürüb”. (http://publika.az/p/140690).
Publika.az-ın bu həftə təqdim etdiyi
sosial-iqtisadi, siyasi sferadan tutmuş, duzlu-məzəli, bir az da
toz-dumanlı xəbərləri sırasında oxucuların sevə-sevə, həyəcanla
oxuduğu xəbərlər sırasında ilk pillələri məhz bu “balta söhbəti”
tutdu. Və dərhal “e.ə”-dən əvvəl, dəmir dövrünün başlamasından
günümüzə qədər keçdiyimiz inkişaf yolu göz önünə gəlir. Görünür,
dəmir bəşəriyyətin inkişafına səbəb olub, amma özü öz daxilində
inkişaf etməyib və lazım olanda ərlərin əlində arvadlarına,
ataların ovuclarında oğullarına qarşı əsil silaha çevrilir.
Oxucularımız ərin əlindən çıxaraq arvadın başına düşən baltanı
unutmağa hazırlaşaraq, prezidentlərin Sankt-Peterburq görüşünə -
münaqişə tarixində ən çox diqqətlə izlənilən görüşlərdən biri -
köklənmək istəyirdilər ki, (http://publika.az/p/140369) iyunun 24-də baltalar
yenidən havalandı. Cəlilabadda ər şövqə gələrək, arvadı və oğluna
“dəmir dövründən qalma” üsulla hücum etdi, elə həmin gün Zaqatalada
oğul baltaya sarılaraq, atasına qarşı “müharibə” elan etdi və qalib
gəldi, yəni ömrünün çoxunu yaşamış 78 yaşlı kişinin Əzraili oldu.
(http://publika.az/p/140821), (http://publika.az/p/140855).
Qarabağ yaddan çıxdı, görüşün təfərrüatları kənara qoyuldu və
baltalar müzakirəsi başlandı.
Əslində “balta” məsələsində məişət problemləri ilə yanaşı,
diqqətdən qaçan bir nüans da var. Deməli, son illər respublikanın
bütün bölgələrinə, hətta ucqar kəndlərinə mavi yanacağın verilməsi
təmin olunur. Bu inkişafın və sosial rifahın göstəricisidir, amma
belə görünür ki, insanlarımız daha oduna ehtiyacları qalmadığı
üçün, kütləşən baltaları bir-birinin üzərində itiləməyə əl atıblar.
Demirəm belədir, amma şeytan insanın ağlını çaşdırır, bəzən bunu da
düşünməmək olmur.
Amma məsələ odur ki, bu internet peyda olandan sonra, Azərbaycan
oxucusunun zövqünü də aydınlaşdırmaq asan olur. Məsələn Publika.az
olaraq, həftə boyunca bütün siyasi, iqtisadi, sosial məsələləri
daim izləməyə, oxucularımızın diqqətinə çatdırmağa çalışdıq. Yenə
“hüquq məsləhətxanası” rubrikasında ən faydalı məlumatları
çatdırdıq, günün siyasi xülasəsini hazırlayaraq, təqdim etdik,
həftənin iqtisadi, siyasi hesabatını tərtib etdik.
(http://publika.az/p/141015). Etdik ki, bəlkə hansısa
oxucu filan xəbəri nəzərdən qaçırıb, yaxud oxumaq istəyib, amma
vaxtı olmayıb, sonra bir də əziyyət çəkib axtarmasın.
Oxucular isə ruh arxasında sürünməklə məşğul oldular. Misal
üçün, körpəni dəhşətə gətirən ruh xəbərinə elə hücum etdilər ki,
əl-qolunu uzadıb xəbərin içində özü üçün “feyziyab” olan yazıq ruhu
qaçırdılar. (http://publika.az/p/140555).
Oxucuların xəbərdən qaçırdığı ruh da bir də ayıldı ki, Ağdaşın
Qoşaqovaq kəndinə qədər gəlib çıxıb.
(http://publika.az/p/140782). İndi bütün hüquq mühafizə
orqanları, bütün kənd əhli, hətta bütün jurnalistlər belə o ruhun
axtarışındadır.
Amma bu həftədə də insanlarımızın maariflənməsi üçün də yaxşı
xəbərlər olmadı deyə bilmərik. Əminəm ki, bundan sonra həkimə
gedənlərimiz ayaqlarını, əllərini, hətta qulaqlarını belə
gizlədəcək. Söhbətin nədən getdiyini yəqin ki, hər kəs bilir. Heç
kim bilməsə də, oxucularımız bütün baş verənlərdən
xəbərdardıqlar.
Burada haşiyə çıxaraq bir şeyi qeyd etmək istəyirəm: Deməli, bir
qonşu var, sözün əsil mənasında Koroğlu bığı saxlayır. Dünən küçədə
gedəndə rastlaşdım. Bığını başdan-başa “skoç”la örtmüşdü. Nə
məsələdir deyə soruşdum. Qımışdı, “kimlər üçünsə sağ ayaq soldan
daha vacibdirsə, mənim üçün bığ hər şeydən vacibdir” dedi və getdi.
Sonradan öyrəndim ki, xoşbəxt oğlu saqqalını qırxdırmaq üçün
bərbərə gedirmiş. Bərbər saqqal əvəzinə bığını kəsməsin deyə işini
əvvəldən möhkəm tutub.
Gərək, o sol ayağı əvəzinə sağ ayağı kəsilən xəstə də işini
əvvəldən möhkəm tutaydı. (http://publika.az/p/140884). Oxucular sağ olsun, bu
xəbərin gündəmdən düşməsinə imkan vermədilər.
Bütün bu vurhavurun arasında oxucularımız vaxt tapıb, qadına
çevrilən azərbaycanlı kişini, aslan minən ərəbləri, bir də “OŞO”nu
unutmadılar.
Amma məni bayaqdan düşündürən məsələ başqadır. Deyirəm, görəsən, Məsih doğulmasaydı, “e.ə” bitməsəydi, dəmir icad olunmasaydı, “e.ə”dən qabaq XI-VIII əsrdəki insanlar da “sonuncu kəşf”in sevinci ilə yaşasaydılar...
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər