Poroşenko Donbasla bağlı şərtlərini açıqladı
Bizi izləyin

Dünya

Poroşenko Donbasla bağlı şərtlərini açıqladı

Ukrayna Ali Radasına Konstitusiyanın demərkəzləşdirmə hissəsinə Minsk razılaşmalarının icrasından sonra baxmaq təklif ediləcək.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda prezident Pyotr Poroşenko bildirib.

Ukrayna prezidenti Konstitusiya Günü münasibəti ilə parlamentdə çıxışı zamanı qeyd edib ki, Ukraynanın şərqində uzunmüddətli atəşkəs rejimi qurulmalıdır. Poroşenko həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ərazisindəki bütün qoşunlarını, silah və hərbi texnikanı çıxarmalı, Ukraynanın şərqindəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilməli, təhlükəsizlik zonaları qurulmalı və Ukrayna-Rusiya sərhədi üzərində nəzarət Kiyevə qaytarılmalıdır.

Bundan başqa, Poroşenko bütün əsirlərin azad edilməsi, Ukrayna qanunvericiliyi və ATƏT-in standartlarına uyğun olaraq Donbasda yerli seçkilərin keçirilməsinin vacibliyini dilə gətirib.

“Yalnız bu şərtlər yerinə yetiriləcəyi halda, dəyişikliklərə ikinci oxunuşda səs vermək üçün Ali Radaya müraciət etməyə hazır olacağam”, - prezident bildirib.

Poroşenkonun sözlərinə görə, Konstitusiyanın demərkəzləşdirmə hissəsi ilə bağlı Ukrayna hakimiyyətinin mövqeyi Avropa partnyorları tərəfindən tam anlayışla qəbul edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm