Türkiyə və Rusiyanın gizli razılaşması: Türk politoloq terrorun səbəbini açıqladı
Bizi izləyin

Dünya

Türkiyə və Rusiyanın gizli razılaşması: Türk politoloq terrorun səbəbini açıqladı

“İstanbulda qanlı terror aktı Türkiyə ilə Rusiya liderlərinin aylar sonra ilk dəfə telefonla danışmasından bir gün öncə baş verdi. Lakin bütün əngəllərə rəğmən Ərdoğanla Putinin təyyarə hadisəsindən sonra ilk dəfə təmasları gerçəkləşdi”.

Bu barədə Publika.az-a açıqlamasında türkiyəli politoloq Ömür Çelikdönmez İstanbul Atatürk hava limanında törədilən terror aktının Rusiya-Türkiyə yaxınlaşmasına mesaj olduğu ehtimalını şərh edərkən deyib.

Ö. Çelikdönmez qeyd edib ki, bu terror aktının Türkiyənin Rusiya ilə anlaşması, Suriyada İŞİD hədəflərinə hava hücumlarının hazırlandığı bir vaxta təsadüf etməsi düşündürücüdür: “Rusların S-400-lərinin Türkiyə Hərbi Hava Qüvvələri ilə birlikdə İŞİD və digər terror təşkilatlarına hücum edəcəyi ilə bağlı söhbətlərin gəzdiyi bir vaxtda Atatürk hava limanında terror törədilməsi nə qədər təsadüf ola bilər?! Diqqət çəkən məqamlardan biri də ABŞ-ın İstanbuldakı terror hücumunun ardından, İraqda Fəllucanın İŞİD-dən təmizlənməsindən sonra növbənin Mosula çatdığını açıqlamasıdır. Bu qanlı terror hücumuna daxildən və xaricdən dəstək verildiyi dəqiqdir. Maraqlıdır ki, terrorla bağlı ortaya atılan iddiada terrorçuların təyyarə ilə xaricdən gəldiyi deyilir. İstər-istəməz bu iddialar da düşündürücüdür”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm