“Kiralık aşk”ın Dəfnəsi 18 minlik gəlinlikdə - FOTOLAR
Bizi izləyin

Magazin2

“Kiralık aşk”ın Dəfnəsi 18 minlik gəlinlikdə - FOTOLAR

Star TV-də yayımlanan “Kiralık aşk” serialının mövsüm finalında Dəfnə xarakterini canlandıran Elçin Sanqu 2 bahalı gəlinlik geyinib.

Publika.az xəbər verir ki, moda yazarı Sibel Arina gəlinliklərin markalarının adlarını və qiymətlərini açıqlayıb.

Balıq quyruğu şəklində dizayn edilmiş gəlinlik Ömer Süerə aiddir. Bu gəlinlik bahalı daş-qaşla işlənilib, naxışlar isə əsl əl işidir. Gəlinliyin qiyməti təxminən 9 min manatdır (18 min lirə). Ssenariya uyğun olaraq bu gəlinliyin üstünə serialda sok töküldüyü üçün baş rol qəhrəmanı başqa gəlinlik geyinmək məcburiyyətində qalıb.

İkinci gəlinlik də xüsusi olaraq serial üçün hazırlanıb. Bu paltar türkiyəli modelyer Eda Güngörə addir. İkinci gəlinliyin qiyməti 12-24 min manatdır (25-35 min arası).

Serialın mövsüm finalında Dəfnə obrazını canlandıran Elçin Sanqunun taxdığı boyunbağıları da diqqət çəkib. Qısa boyunbağının üzərində “Heç” sözü yazılıb. Nihilizm fəlsəfəsindən ilham alınaraq hazırlan boyunbağı “Devon Diamond” markasına aiddir. Yenə eyni brendə məxsus olan uzun boyunbağının üzərində isə "Əl Fəttah" yazılıb. Bu, Allah 99 adından biridir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm