Mətanət ÖLÜMDƏN DÖNDÜ: “Mühafizəçilər olmasaydı, məni…”
Bizi izləyin

Magazin1

Mətanət ÖLÜMDƏN DÖNDÜ: “Mühafizəçilər olmasaydı, məni…”

Ötən həftə Mir Mövsüm Ağa ziyarətgahında pərəstişkarları ilə fotolar çəkdirdiyinə görə az qala topa tutulan Mətanat Əsədova əvvəl sussa da, sonradan danışmağa qərar verib.

Publika.az-a açıqlama verən sənətçi onu qınayanlara səslənib: “Allah sizləri hifz eləsin. Allahım şahiddir ki, mən həmin gün ziyarətgahda heç kimlə şəkil çəkdirmək arzusunda deyildim. Ümumiyyətlə, efirdə də kameralardan qaçıram. İnsanlar arasında az olduğumdan məni ziyarətgahda görən kimi üstümə töküldülər. Dua etdiyim üçün heç birinə məhəl qoymadım. Hətta ziyarətgahın rəhbərliyi işə qarışdı, insanlara səsləndi ki, günahdır, dua edən şəxsə mane olmayın. Heç kim onu eşitmədi, məni necə araya aldılarsa, nəfəsim təngidi. Gördülər ki, məni camaatın əlindən ala bilməyəcəklər, mühafizəçiləri çağırdılar. Həmin vaxt, mühafizəçilər olmasaydı, məni öldürəcəkdilər sevgidən. Məni aradan güclə çıxardılar”.

Sənətçi bunu xalq sevgisi kimi qiymətləndirib: “İnsanları itələyə bilməzdim ki, məndən uzaq durun. Onların sevgisinə necə təpki göstərə bilərdim. Ağızlarına gələni danışdılar. Burada nə qəbahət iş var axı, belə şişirtdilər. Sevinirəm ki, məni bu qədər sevən insan ordusu var. O qədər müğənnilər ziyarətgaha gedir ki, heç birini belə sevgi ilə dövrəyə almırlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm