Nida.az
Deputat: “Qarabağdakı separatçı rejim İŞİD və PKK-dan daha təhlükəlidir”
"Bəzi Avropa dövlətləri Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrini himayə edirlər, onların xaricə səfərlərini təşkil edirlər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov bildirib.
Deputat deyib ki, həmin Avropa dövlətləri öz ölkələrində keçirilən tədbirlərə Qarabağdakı separatçı və tanınmayan rejimin nümayəndələrini dəvət edirlər. E.Məmmədov bütün bunların işğalçılıq və separatçılıq siyasətinə açıq dəstək olduğunu söyləyib: "Bütün bunlar bir daha sübut edir ki, həmin Avropa dövlətləri öz mənafeləri naminə bəzi ölkələrdəki problemli ərazilərdə münaqişə ocaqları, separatçı və terrorçu təşkilatlar yaradırlar. Bu gün Dağlıq Qarabağdakı separatçı rejim İŞİD, PKK və digər terrorçu təşkilatlardan heç də az təhlükəli deyil. Əksinə, mən deyərdim ki, daha da təhlükəlidir. Həmin separatçı rejim 20-25 il öncə bütün dünyanın gözü qarşısında Azərbaycan ərazilərində Xocalı soyqırımı kimi terror törədib. İndi Qarabağda mövcud olan separatçı rejim ASALA terror təşkilatının üzvləridir. Bu terrorçulara dünya birliyi "son" deməlidir. Əks halda dünyada terrorla mübarizədə ədalətli yanaşma mümkün olmayacaq".
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu