Dünya
Ermənistan prezidenti geri çəkildi
Ermənistan prezidenti Serj Sərkisyan “Yeni Ermənistan” İctimai Xilas Fondunun sədri, müxalif “Təsis parlamenti” qrupunun rəhbəri Jirayr Sefilyanla görüşməyə hazır olduğunu bildirib.
Publika.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “deputat”ı Vitaliy Balasanyan açıqlayıb.
Qeyd edək ki, J. Sefilyan hazırda qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə həbsdədir. İyulun 17-də Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar J. Səfilayanın azadlığa buraxılmasını, S. Sərkisyanın prezident postundan istefasını tələb ediblər.
V. Balasanyan isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, J. Səfilyan onunla növbəti görüşdə bir daha S. Sərkisyanın istefasını tələb etmədiyini bildirib, milli maraqlarla bağlı narahatlıq doğuran məsələlərə toxunub. J. Səfilyan S. Sərkisyanla görüşmək istədiyini söyləyib: “Biz Jirayr Səfilyanın istəyini Ermənistan prezidentinə çatdırdıq. Serj Sərkisyan polis binasını zəbt edən silahlılar silahını yerə qoyduqdan və təslim olduqdan sonra Jirayr Səfilyanla görüşməyə, reallıq və perspektivləri izah etməyə hazır olduğunu bildirdi”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR