Reuters: Yaxın Şərqə silahlar bu ölkədən daşınır
Bizi izləyin

Dünya

Reuters: Yaxın Şərqə silahlar bu ölkədən daşınır

Ukraynanın şərqindəki anti-terror əməliyyatları zonasından Yaxın Şərqə qeyri-leqal şəkildə silah daşınır.

Publika.az xəbər verir ki, bu haqda “Reuters” agentliyinin saytında dərc edilən məqalədə deyilir.

Agentliyin jurnalistləri ilə söhbətlərində Ukrayna hərbçiləri bildiriblər ki, silahların əhəmiyyətli miqdarı münaqişə zonasından daşınacaq. Bəzi hallarda silahın çatdırılması mütəşəkkil həyata keçirilir.

Həmçinin vurğulanır ki, qeyri-müntəzəm Ukrayna hərbi birləşmələri (məqalədə ehtimal ki, könüllü batalyonlar nəzərdə tutulur) öz arsenallarında olan silahların lazımı qeydiyyatını tez-tez aparmırlar və komandirlər azad edilən əsgərləri silahını təhvil verməyə məcbur edə bilmirlər.

Məqalənin müəllifi qeyd edir ki, Ukraynadan silahın çox hissəsi İraq, Suriya və Liviya kimi ağır silahların böyük həcminə ehtiyac olan ölkələrə göndərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm