SON DƏQİQƏ: İnsanları girov götürən silahlılar öldürüldü - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: İnsanları girov götürən silahlılar öldürüldü - FOTO (YENİLƏNİB)

BFM TV-nin məlumatına görə, hücum edənlər öldürülüb.

Publika.az xəbər verir ki, girovlardan biri xəstəxanaya aparılıb. Onun öldüyü bildirilir. Digər girovların vəziyyəti haqqında məlumat verilməyib.

13:31

Bıçaqla silahlanan iki şəxs Fransanın şimalında yerləşən Sent-Etyen-dyu-Ruvre şəhərciyində yerləşən bir kilsədə insanları girov götürüb.

Publika.az xəbər verir ki, bu haqda polisdəki mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

İlkin məlumatlara görə, girovların sayı 4-dən 6-ya qədər ola bilər.

“Le Figaro” nəşri isə silahlıların əlində 5 girovun olduğunu yazıb. Nəşrin məlumatına görə, kilsədə çalışanlardan biri polisi çağırmağı bacarıb.

Hadisə yerinə operativ reaksiya gücləri göndərilib. Bildirilir ki, cinayətkarlar arxa qapı vasitəsilə kilsəyə giriblər.

Son məlumatlara görə, silahlılar zərərsizləşdirilib. Hadisənin təfərrüatları hələlik məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm