Magazin1
Ruhidən CAVAB: "Məhkəmədə görüşərik"
Bu gün ölkə.az saytına özünü Aynur Sadıqova kimi təqdim edən xanım Ruhi Əliyeva haqda ittihamlar səsləndirib. A.Sadıqovanın iddialarına görə, o, 15 il əvvəl R.Əliyevaya görə, 2 min dollar pul ödəyib və pulunu geri tələb edir.
Primetime.Az-a açıqlamasında Ruhi səslənən ittihamların kökündən yalan olduğunu bildirib. O, A.Sadıqovanı məhkəməyə verəcəyini söyləyib:
"O xanımın adını ilk dəfədir eşidirəm. Mənlə oxşarlığı olduğunu deyir. Şəklinə baxdım, gülməyim gəldi. Axı, bizim biri-birimizə bənzərliyimiz yoxdur. Mən bu məsələni belə qoymayacağam. Bu səslənən yalan ittihamlar, böhtan məhkəmə müstəvisində həll olunacaq.
Azərbaycanın şah qanunlarına inanıram və hər şeyin qanun çərçivəsində həll olunacağına əminəm. Hazırda Bakıda deyiləm. Avqustun 15-i vətənə dönəcəyəm. Azərbaycana gələn kimi bu əsassız ittihamlara qarşı lazımi tədbir görəcəyəm. O xanımla məhkəmədə görüşəcəyəm".
Ruhi onu da əlavə edib ki bu, sifarişli bir böhtandır: "Mən təxmin edirəm, bu olanların arxasında kim dayanıb. Baş verənlər mənim nüfuzuma xələl gətirmək məqsədi ilə düşünülüb. Bəlkə də adıçəkilən xanımın heç günahı yoxdur. O, kimlərsə tərəfindən düşünülmüş qurban ola bilər. Amma xanımın pula bu cür ehtiyacı var idisə, mənə müraciət edərdi. Mən bir qadın kimi ona yardım əlimi uzadardım.
Ancaq onun bu gün atdığı addım böyük bir cinayətdir. Bəlkə də bu, pul qazanmağın yeni növüdür. Yersiz ittihamlar və təhdidə görə məsuliyyət daşımaq lazımdır. Bunların hər birinin hesabını mən yox, qanun tələb edəcək. Xanım etdiyi açıqlamalarla mənim adıma və ictimai nüfuzuma xələl gətirə bilməyəcək".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR