Pinqvin general Kral mühafizəçilərini yoxladı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Pinqvin general Kral mühafizəçilərini yoxladı - FOTOLAR

Edinburq zooparkında general-mayor rütbəsi verilən pinqvin Norveç Kral mühafizəçilərini yoxlamağa gəlib.

Publika.az xəbər verir ki, pinqvin Olav 2005-ci ildə Norveç hərbçilərindən medal alaraq general olub və Norveç kral keşikçiləri alayının fəxri komandirliyinə təyin edilib.

General rütbəsinə yüksəldiyi gün mərasim düzülüşünü yoxlayan Olav özünə çox bənzəyən heykəlini də ziyarət edib. Hətta bir norveçli zabit "ölkənin ən seçmə birliyinin komandirliyinə ən uyğun pinqvini seçdiyimizin əminik" deyib.

General Nils Olavın adını daşıyan üçüncü nəsil pinqvin

Norveç Kralı 5-ci Olavın adını alan pinqvinin ilk adı Nils isə tabe olduğu birliyin komandirinin adı olub. 2008-ci ildə "Cəngavər" titulu verilən və ötən gün general-mayor olan pinqvin əslində Nils Olav adını daşıyan üçüncü nəsil pinqvindir.

1972-ci ildən bəri davam etdirilən ənənə

Norveç Kral Ailəsini qoruyan gözətçilərin Edinqburq zooparkındakı pinqvinlərlə ilk əlaqəsi 1972-ci ildə bu alayın Edinburq Hərbi orkestr festivalına qatılmaq üçün şəhərə gəlişinə təsadüf edir.

O vaxt gözətçilərin başçısı olan leytenant Nils Olav zooparkdakı bir pinqvini çox sevib və onu öz birliklərinin maskotu elan edib.

Nümayiş üçün Edinburqa hər gəlişlərində birlikdən xüsusi maraq görən həmin pinqvin daha sonra 1980-ci ildə Norveç kral gözətçilərinin fəxri üzvü olub.

Birliyin maskotu olan və mərasimə fəxri üzv edilən ilk pinqvin isə 1987-ci ildə ölüb. Ancaq ilk pinqvinin nəslindən olan ikinci və üçüncü pinqvini də Kral Gözətçilərinin fəxri üzvü edən Norveç ordusu ənənəni bu günə qədər davam etdirir.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm