Cennifer Lopez 29 yaşlı sevgilisindən ayrıldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Cennifer Lopez 29 yaşlı sevgilisindən ayrıldı - FOTOLAR

Cennifer Lopez gənc sevgilisi Kasper Smartla ayrılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildən birlikdə olan cütlük heç bir qalmaqal olmadan yollarını ayırıb.

Xarici mətbuatın yazdığna görə, 47 yaşlı müğənni artıq bir neçə həftədir ki, 29 yaşlı rəqqas sevgilisi ilə görüşmür. Ulduza yaxın mənbə onu da bildirib ki, onlar ayrılsa da, dostluq münasibətlərini davam etdirməyə qərar verib.

Xatırladaq ki, 2014-cü ildə evlənməyə hazırlaşan məşhur cütlük bir dəfə də ayrılmışdı. Deyilənlərə görə, ilk ayrılıq Kasperin xəyanəti üzündən baş vermişdi. Lakin bir neçə ay sonra onlar yenidən barışmışdı. Qeyd edək ki, müsahibəsində yenidən ana olmaq istəyini dilə gətirmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm