Klintondan ŞOK İTTİHAM: “Putin ekstremal millətçiliyin...”
Bizi izləyin

Dünya

Klintondan ŞOK İTTİHAM: “Putin ekstremal millətçiliyin...”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putini tərifləməklə məşğuldur.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton Nevada ştatında tərəfdarları qarşısında çıxışı zaman deyib.

“Tramp Putin üçün tərifləri yağdırır və rusiyayönlü siyasət aparır. O, NATO üzrə müttəfiqlərə dəstək verməkdən imtina haqqında danışır, Krımın Rusiya tərəfindən zəbt edilməsini tanıyır”, - Klinton bildirib.

ABŞ prezidentliyinə namizəd Rusiya liderini “ekstremal millətçiliyin qlobal markasının böyük xaç atası” adlandırıb.

Xatırladaq ki, Donald Tramp seçkilərdə qələbə qazanacağı halda Krımı Rusiyanın hissəsi kimi tanınması və sanksiyaların ləğvi məsələlərinə baxmağa hazır olduğuna söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm