Qırmızı.az
Kürün suyu artıb - Təhlükə gözlənilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ötən günlər ərzində Respublika çaylarında sululuğun vəziyyətini açıqlayıb. Avqustun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir.
Çaylarda suyun səviyyəsinin azaldığı və ən az sululuq müşahidə olunduğu vaxtda Kür çayında suyun səviyyəsinin artmasının səbəbi nədir? Çayın suyunun artması ətraf ərazilər üçün təhlükəli hesab edilirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, Kürün Qıraqkəsəmən hissəsində baş verən artım Gürcüstanda baş verən yağışlarla əlaqədardır. Bu artım ciddi hesab edilmir və təhlükəli deyil.
Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Publika.az-a açıqlamasında bildirib ki, Kürün Qıraqkəsəmən hissəsində suyun səviyyəsinin 12 sm artması ciddi rəqəmdir: “Bu hissədə artımın səbəbi Gürcüstan və Türkiyə ərazisinə yağıntıların çox düşməsi və yüksək dağlarda buzların əriməsi ilə bağlıdır. Bundan başqa, bölgələrdə qısamüddətli də olsa yağıntılar müşahidə olundu. Ümumiyyətlə, artım Kürün sərhəd hissəsində müşahidə olunur ki, bu da təbii prosesdir. Düzdür, 12 sm çox artım deməkdir. Lakin bu, ümumilikdə Kürün suyunda artım olduğu mənasını vermir”.
E.Əlizadə Kür çayında sululuğun artmasının heç bir təhlükəsinin olmadığını deyib:
“Bu artım qısamüddətlidir. Bundan başqa, artımın olması çox yaxşı haldır. Çünki Kürdə suyun səviyyəsi çox aşağı düşmüşdü. Avqustun ikinci və sentyabrın birinci yarısı Kürün azsululuq dövrüdür. Bu artım əhəmiyyətli olsa da, təhlükəli deyil. Kür çayının normal axınını bərpa etməsi üçün bir neçə santimetr artmasına ehtiyac var”.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu