Dünya
Türkiyəyə qarşı böyük müharibə elan edildi – ŞOK PLAN
Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə Cerablusu
İŞİD-dən azad etməsi PKK-nı təşvişə salıb.
Publika.az xəbər verir ki, PKK-nın qərargahı
olan Qəndildən terror təşkilatının üzvlərinə “Böyük müharibəyə
hazırlaşın” təlimatı gəldiyi deyilir.
PKK “kürd koridoru” layihəsinin baş tutmamasından narahatdır.
Terror təşkilatı Türkiyəyə qarşı yeni müharibə elan edib.
Məlumata görə, Qəndil Kobani və Tel Abyad bölgələrində səfərbərlik
elan edərək, “Menbiç-Afrin xəttində baş verəcək böyük müharibəyə
hazırlaşın” təlimatını verib.
PYD (PKK-nın Suriya qolu) qüvvələrini Kobanidən Settişirin-Münbiç
istiqamətinə gətirib. Məlumata görə, aralarında qadın
terrorçulardan ibarət olan “YPJ”-nin də olduğu terrorçu qruplar
Cerablusun cənubundakı Amame kəndində qərargah qurublar.
Afrin istiqamətinə doğru irəliləyən PYD-nin hədəfi Qandura
bölgəsidir. Qanduradan sonra Çobanbey hədəfdə olacaq.
“Yeni Şafak” qəzetinin əldə etdiyi məlumata görə, PYD
Menbiç-Cerablus arasında Türkiyənin dəstək verdiyi Azad Suriya
Ordusuna qarşı döyüşmək üçün 4 min terrorçunu bölgəyə
gətirib.
ABŞ-ın “PYD çəkilir” açıqlaması isə göründüyü kimi, Türkiyənin başını qarışdırmaq məqsədi daşıyır.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu