İslam Kərimov üçün məxfi gətirilən həkim
Bizi izləyin

Dünya

İslam Kərimov üçün məxfi gətirilən həkim

Rusiyanın məşhur həkim-kardioluq Leo Bokeriya insult keçimiş Özbəkistan prezidenti İslam Kərimovu müayinə etmək üçün Daşkəndə uçub.

Publika.az
xəbər verir ki, bu barədə məlumatlı mənbə “Life.ru” saytına məlumat verib. Mənbənin məlumatına görə, L. Bokeriya avqustun 27-də saat 20:50-də Şeremetyevo hava limanından təyyarə ilə Özbəkistana uçub.

“Biletlər təcili sürətdə alınmışdı. Bokeriya hava limanına yaxınlaşanda biletlər artıq hazır idi. Kardioloq Daşkənddə avqustun 28-i saat 03:00 radələrində endi. Səhər yerli vaxtla saat 10:00-da Özbəkistandan şəxsi bortu Moskvaya uçuş üçün hazırlamağa başladılar. 14:25-də Leo Bokeriya şəxsi təyyarədə Daşkənddən Vnukova-3 hava limanına uçdu”, - deyə mənbə bildirib.

Qeyd edək ki, Leo Bokeriya İslam Kərimovun xəstəlik tərixçəsi ilə yaxşı tanışdır. Onun 2004-cü ildə Özbəkistana səfərinin də Kərimovun xəstəliyi ilə əlaqədar olduğu deyilirdi. Lakin L. Bokeriya həmin vaxt bildirmişdi ki, Daşkənddə səfərinin məqsədi İslam Kərimovu müayinə etmək olmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm