Erməni polkovnik: “Ermənistan “İsgəndər"i Azərbaycana qarşı istifadə edə bilməz”
Bizi izləyin

Nida.az

Erməni polkovnik: “Ermənistan “İsgəndər"i Azərbaycana qarşı istifadə edə bilməz”

"Ermənistan "İsgəndər-M" raket sistemindən istifadə edə bilməyəcək. Bunun üçün Rusiyanın icazəsi lazımdır".

Publika.az Ermənistanın "İrates" qəzetinə istinadən xəbər verir ki, bu fikirləri işğalçı ölkənin parlamentinin deputatı, ehtiyatda olan polkovnik Gevorq Baqdasaryan bəyan edib.

G.Baqdasaryan deyib ki, Ermənistan "İsgəndər-M" raketini Azərbaycana qarşı Rusiyanın icazəsi olmadan istifadə edə bilməz.

"Hətta, Türkiyəyə qarşı da bu silahdan istifadə olunması üçün icazə lazımdır. Vaxtilə Türkiyəyə məxsus helikopter Ermənistan ərazisini keçəndə, Ermənistan o helikopteri vura bilmədi. Bunu bizə qadağan etdilər. Ancaq Rusiyanın təyyarəsi Türkiyə sərhəddində olan kimi onu dərhal vurdular".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm