Qırmızı.az
“Nəqliyyat Nazirliyi gözləntilərin heç birini doğrultmadı”
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar imzalayıb.
Baş nazirin qərarına əsasən, Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi daşıyır.
Qərarda qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində
özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları
dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan
sonra - Cəmiyyət) yaradılacaq, cəmiyyətin nizamnamə kapitalının
formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və
Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması
məqsədi ilə həmin Cəmiyyətə 2014-cü ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Ehtiyat Fonddan 30,0 (otuz) milyon manat məbləğində vəsait
ayrılıb.
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi ona tapşırılan işləri həyata keçirə bilməyib:
“Bakı şəhərində nəqliyyatın idarə edilməsi 2006-cı ildən Bakı şəhər İcra Hakimiyyətindən alınıb Nəqliyyat Nazirliyinə verildi. Amma onlar layiqincə xidmət həyata keçirə bilmədilər. Məhdud Məsuliyyətli Cəmiyyət yaradıldı və onun da rəhbərliyi Nəqliyyat Nazirliyinin yaxın adamlarına tapşırıldı”.
Ekspertin sözlərinə görə, onların yaratdıqları qoçu dəstələri reketliklə məşğul oldular, nəqliyyat sahibkarlarını ələ alıb monopoliya yaratdılar:
“İctimai birlik olaraq bizə nəqliyyat sahəsində hər hansı araşdırma aparılmasına icazə verilmirdi. Nəqliyyatın idarə edilməsinin nazirliyin tabeliyindən çıxarılması alqışlanası haldır. Əlbəttə, əvvəlki kimi idarəçilik olacaqsa, ictimai nəzarət olmayacaqsa, dəyişiklik olmayacaq. Amma inanırıq ki, yeni qurum bu vaxta qədər olan problemləri həll edəcək. İdarəçilik və təşkilatlanmada peşəkarlar cəlb ediləcək. İctimai qurum olaraq biz də onlara təkliflər təqdim etməyə hazırıq”.
M.Rüstəmovun sözlərinə görə, Nəqliyyat Nazirliyi bu vaxta qədər onlardan olan gözləntilərin heç birini doğrultmadı, çünki idarə mexanizmi düzgün qurulmamışdı. Bütün problemləri özləri yaratdılar. Ona görə də, BŞİH-nin işi olduqca ağırdır.
Ekspertin sözlərinə görə, bu məsələdə Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin fəaliyyətinin necə təşkili də sual altındadır. Bu barədə də araşdırma aparılmalıdır.
Məsələ ilə əlaqədar BŞİH-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bu barədə məlumatlarının olmadığını bildirdilər.
Qeyd edək ki, Bakıda sərnişindaşıma işini əsasən nəqliyyat naziri Ziya Məmmədova yaxın olan “Transgeyt” şirkəti həyata keçirirdi. Sərnişindaşıma sektoruna nəzarət də nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinə daxil idi. Belə çıxır ki, bu səlahiyyətlər nazirdən alınıb Bakı merinə verilir.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR