İdman
AFFA klubları soydu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüqüqi qiymət verib:
“Neftçi” - “Rəvan” matçının 52-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atıqları üçün klub 2000 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunur.
“Qəbələ” - “Xəzər Lənkəran” matçının 1-ci və 2-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri, 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunur.
Oyunun 5-ci və 8-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.
Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 10000 manat cərimə olunur. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu