Qırmızı.az
Bakıda 288 yeni duracağın yaradılması planlaşdırılır
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Bunu Trend-ə açıqlamasında NİİM-in İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, NİİM tərəfindən aparılan araşdırmalar göstərir ki, Bakıda qanunsuz parkinqlərin sayı həddindən artıq çoxdur: "Məsələn, araşdırma aparılarkən 2012-ci ildə 3050 qanunsuz avtomobil parkinqi qeydə alınmışdırsa, 2013-cü ildə onların sayı 8 minə çatıb. Qanunsuz parkinqlərə daha çox isə Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlmək olur".
NNİM-in sözçüsünün fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu qadağanı icra etmək isə heç də asan olmayacaq. Çünki hələki yerüstü qanuni parkinqlər yoxdur. Vəziyyətdən çıxış yolunu isə NİİM müasir intellektual parkinqlər yaradılana qədər müvəqqəti parkinqlərin yaradılmasında görür: " Mərkəz 2 il müddətində 185 nöqtədə apardığı araşdırmaların əsasında paytaxtda küçə parklanması üçün 288 müvəqqəti duracaq yeri təklif edir. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır".
Ş.Məhmanqızı qeyd edib ki, NİİM-in işinin bir hissəsi də qanunsuz
parklanmaya nəzarət etməkdən ibarətdir. Mərkəzin bütün texniki
avadanlıq və kameraları, NİİM-in dayanacaqlarda avtobus-informasiya
terminalları, DİN-in ümumi sistemə inteqrasiya olunmuş müşahidə
kameraları, eləcə də sürücülərin baza məlumatları ona imkan verir
ki, parklanma işlərinə nəzarəti tam həyata keçirə bilsin.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq
məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından
sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında
avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi
barədə sərəncam imzalayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR