Dünya
Xamneyi qadın məhbuslar üçün amnistiya elan etdi
İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri
Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günü
münasibətilə İran həbsxanalarında olan
qadın məhbuslar üçün amnistiya élan
edib.
Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli İMəhəmməd
Peyğəmbər (s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə ali
liderə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu
maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının
20-dək İran həbsxanalarında həbsdə saxlanılan qadınların əfv
edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş
olunub.. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman
imzalayıb.
Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum
edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs
cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat
yoldaşı həbsdə olan qadınlara, borca görə məhkum olunmuşlara
amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.
Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş
şəxslərin cəzasının yarısının
bağışlanması nəzərdə tutulub.
Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə,
qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə
bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat
qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza
almış şəxslərə tətbiq olunmayacaq.
Qeyd edək ki, bu gün (aprelin 20-si) İslam Peyğəmbəri Həzrət
Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günüdür.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR