Nazirlik dopinqlə mübarizəyə başladı
Bizi izləyin

İdman

Nazirlik dopinqlə mübarizəyə başladı

Nazirlik dopinqlə mübarizəyə başladı

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi 18 ağırlıqqaldıranımızın dopinq qalmaqalı səbəbindən cəzalandırılması ilə əlaqədar bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Nazirlik Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası ilə birgə problemin həlli istiqamətində səylər göstərdiyini açıqlayıb.

Atletika Federasiyasının 8 üzvünün işdən uzaqlaşdırılması ilə əlaqədar qərar qəbul edilib. Onlar federasiya rəsmiləri, məşqçilər və yığmanın həkimidir. Hazırda federasiya tərəfindən araşdırmalar davam etdirilir. Araşdırma nəticəsində lazım gələrsə, yaranmış problemdə məsuliyyəti olan digər şəxslərin də qurumdan uzaqlaşdırılacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm