Qırmızı.az
Olimpiadaların qalibləri mükafatlandırıldı
Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə tələbələr arasında keçirilən olimpiadanın bağlanış mərasimi keçirilib.
Publika.Az-ın verdiyi xəbərə görə, olimpiada “Tibbi biliklər”, “İqtisadi biliklər” , “Tarix” , “Psixologiya” mövzularında keçirilib.
Nəzərinizə çatdırırıq ki, tələbələr arasında ilk dəfə bu cür müxtəlif mövzular üzrə və genişmiqyaslı keçirilən 4 olimpiadada 4000-ə yaxın tələbə iştirak edib. I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin TGT-si, Tələbələrarası I Tarix Olimpiadası AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının TGT-si, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT-si, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin TGT-sinin təşəbbüsü ilə həyata keçirilib.
ATGTİ-nin sədri Şahin İsmayılov tədbiri açaraq TGT-lərin təşəbbüsü ilə həyata keçirilən bu layihələr haqqında tədbir iştirakçılarına geniiş məlumat verib.
Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam babayev çıxış edərək, keçirilən olimpiadaların mövzularının həyati əhəmiyyətli olduğunu bildirərək, gənclərimizin uğur qazanmasında bu mövzuları dərindən bilməsinin vacib olduğunu qeyd edib.
Sonda Gənclər fondunun aparata rəhbəri Faiq Qürbətov çıxış edib və fonda təqdim olunan layihələrə arasında ATGTİ tərəfindən təqdim olunan layihələrin yalnız kəmiyyət deyil, həmçinində keyfiyyət baxımından digər layihələrdən fərqləndiyini bildirib
Qeyd edək ki, olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər olimpiadalardan fərqli olaraq Tibbi Biliklər olimpiadasının qaliblərinə AİDA klinikasından xüsusi hədiyyələr təqdim olunub.
-
Sosial12:29
Türkiyədə erməni məktəbində qalmaqal: Sabiq direktor görün nə oyundan çıxırmış
-
Rəsmi xronika11:53
İlham Əliyev İtaliyada 50-ci yubiley Çernobbio Forumunda çıxış etdi
-
Sosial11:05
“20 Yanvar” stansiyasında zibil dizə çıxır: “Bakı Metropoliteni”ndən rəsmi açıqlama - VİDEO
-
Region10:54
Türkiyə icazə verdi: Ermənilər bu adaya yığışacaqlar
-
Nida Xəbər 10:42
Hərbçimiz odlu silahla özünü öldürdü
-
Rəsmi xronika10:13
İtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırdı
-
Hadisə09:18
Mağazalar bağlandı: Metronun “20 Yanvar” stansiyası zibil altında qaldı - ŞOK VİDEO
-
Magazin108:36
Şəbnəmi İstanbula aparıb ona sürpriz etdi - VİDEO