Hakan Şükür Ərdoğanı təhqir etdi - FOTO
Bizi izləyin

İdman

Hakan Şükür Ərdoğanı təhqir etdi - FOTO

Hakan Şükür Ərdoğanı təhqir etdi - FOTO

Türkiyənin millət vəkili, keçmiş futbolçu Hakan Şükür baş nazir Ərdoğan haqqında sərt sözlər işlədib.

Publika.az xəbər verir ki, keçmiş futbolçu Ərdoğanın prezident namizədliyinə “twitter” hesabından münasibət bildirib. H.Şükür onu nifrət təbliğ edən, rüşvəti, oğurluğu qanuni sayan biri kimi qələmə verib:

“Dini dəyərləri istismar edən, sonra da məscidlərdə oğurluq və rüşvətdən bəhs edilməsinə icazə verməyən dindar prezidentliyə namizəd olmaq?!

Hər kəsi sevgiylə qucaqlamaq lazım olarkən, Ramazan, oruc demədən hələ nifrəti təbliğ edən bir prezidentliyə namizəd olmaq?!

Xeyir işləri üçün oğurluğu, rüşvəti, komisyonu qanuni görən “dindar” bir prezidentliyə namizəd olmaq?!”

Daha sonra H.Şükür İmam Rəbbanidən bir sitat gətirib:

“Mal və mülkə olma məğrur,

Demə varmı mən kimi!

Bir müxalif yel əsər, sovurar xırman kimi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm