“İŞİD” əsgərləri üçün evlənmə bürosu
Bizi izləyin

Dünya

“İŞİD” əsgərləri üçün evlənmə bürosu

Qondarma İraq və Şam İslam dövləti yaradan “İŞİD” terrorist təşkilatının üzvləri eşqə düşüb. ANS PRESS-in məlumatına görə, təşkilat rəsmən zəbt olunan Suriya və İraq ərazilərində fəaliyyət göstərəcək və sırf “İŞİD” əsgərlərinə xidmət edəcək nikah agentliyi açıb. Agentlikdə “İŞİD” üzvləri ilə evlənmək istəyən xanımlar üçün tanışlıq xidməti və evlənmə bürosu fəaliyyət göstərəcək. Bir “İŞİD”çinin yoldaşı olmaq istəyən zərif cinsin nümayəndələri burada özlərinə əsl “mücahid” tapa bilər.


Yeni xidmət təşkilatçılarının dediyinə görə, onların qapısı “əsl cihadçı” arzusunda olan tənha və dul xanımlar üçün açıqdır. Bu cür tanışlığa razı olacaq xanımlar özləri barədə məlumatı büroya təqdim etməli və hər hansı bir yaraqlının onu bəyənib, seçməsini gözləməlidir. Bu dəfə seçimini etmiş “İŞİD”çi özü xanımın qapısın döyüb, ona evlilik təklifi edə bilər.


Agentlik tərəfindən yeni evlənmiş cütlüyə qondarma İslam dövlətinin hər hansı bir bölgəsinə avtobus turları xidməti də təklif edilir. Avtobus həftədə 2 dəfə Suriyanın Anbar şəhərindən tərpənir. Onun axrıncı dayanacağı isə İraqın Raka şəhəridir.


Bu arada, qısamüddətli münasibətlər təşkilatçılar tərəfindən qəti şəkildə bəyənilmir, nikahdan kənar əlaqələr isə ciddi cəzalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm