Qırmızı.az
"Təmiz hava" aylığı başlayır
Avqust ayının 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, Vaqif Əsədov Publika.az-a bildirib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqust ayının 1-dən etibarən "Təmiz hava" aylığına start verəcək.
Bütün ölkə üzrə keçiriləcək "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılacaq, onların normaya uyğun olmasına nəzarət gücləndiriləcək, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görüləcək.
V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Əks halda, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:
"Avtomobil sahiblərinə, sürücülərə bildiririk ki, xüsusi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi öyrəniləcək. Ona görə də idarə etdiyiniz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirin. Xüsusilə, işlək vəziyyətdə mühərrikin ətraf mühitə buraxdığı qazın tərkibinin normaya uyğun olmasına diqqətlə yanaşın. Əks halda, keçirilən tədbirlər zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun cəza tədbirləri görüləcək".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu