Qırmızı.az
5 qız boğulub öldü
Türkiyənin Batman vilayətində sərinləmək üçün gölə girən 5 qız uşağı suda boğularaq ölüb.
ANS PRESS-in xəbərinə görə, hadisə vilayətin Kozluk rayonunun
Yakıtlı kəndində baş verib.
Məlumata görə, yaşları 10-12 arasında, qohum olan 5 qız bayram
şəkəri toplamaq üçün qohumlarla bayramlaşmağa gediblər. Axşam vaxtı
övladları evə qayıtmadığı üçün narahat olan ailələr onların
axtarışına çıxıblar və gölün kənarından kiçik qızların paltarlarını
tapıblar.
Dərhal yerli fövqəladə hallar idarəsinə məlumat verilib. FH idarəsi
və jandarmın birgə apardığı axrtarış nəticəsində 5 qızın meyiti
göldən tapılaraq çıxarılıb.
FH idarəsi yerli şöbəsinin rəhbəri gölün əslində çox dərin
olmadığını, qızların palçığa bataraq boğulduğunu deyib.
Qeyd edək ki, eyni soyadı daşıyan qızların 3 ayrı ailənin övladı
olduğu bildirilib. Hadisədə ölənlərin 12 yaşlı Kübra Yaman, bacısı
10 yaşlı Sevda Yaman, 11 yaşlı Canser Yaman, 10 yaşlı bacısı Həlimə
Yaman və qohumları 12 yaşlı Rozelin Yaman olduğu
bildirilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR