İrəvan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
Bizi izləyin

Dünya

İrəvan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Ermənistan Rusiyanın “Yak-130” təyyarələrini Azərbaycana satmasından narahatdır.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin sözçüsü Arçrun Ovanisyan münasibət bildirib. O deyib ki, hələlik ortada Ermənistan Müdafiə Nazirliyinin rəsmi münasibəti yoxdur. Ancaq həm prezident Sarkisyan, həm də müdafiə naziri Ohanyan Rusiya silahlarının Azərbaycana satılmasından narahatdır.

Qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyi isə məsələyə daha soyuqqanlı yanaşıb. Onlar bildiriblər ki, “YAK-130” döyüş yox, təlim təyyarəsidir. Azərbaycan bunu Rusiyadan olmasa belə, başqa bir dövlətdən alacaqdı. Odur ki, bu, biznes məsələsidir.

Qeyd edək ki, “YAK-130” 4 və 5-ci nəsil təyyarələri idarə etmək üçün hazırlanan pilotlar üçün təlim gəmisidir. Onun göyərtəsində idarə olunan raketlər də var.

Hazırda bu təyyarələrdən Rusiya, Əlcəzair, Belorusiya ordusunda istifadə edilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm