Qırmızı.az
TQDK-dan qəbul açıqlaması
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
(TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına
qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı
keçirib.
TQDK-dan ANS PRESS-ə verilən məlumata görə,
imtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin
yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi,
Göyçay, Şirvan və Xaçmazda təşkil olunub.
İmtahandan əvvəl TQDK-nın inzibati binasında
Azərbaycan Mətbuat Şurasının, TQDK rəhbərliyinin və KİV
nümayəndələrinin iştirakı ilə abituriyentlərə təqdim olunacaq
mövzular təsadüfi seçim əsasında müəyyənləşdirilmişdir. Belə ki,
əvvəlcədən elan olunmuş 250-yə yaxın mövzu arasından 3 mövzu
seçilmiş və canlı videobağlantı əsasında bütün imtahan mərkəzlərinə
ötürülüb.
İmtahan zamanı abituriyentlər həmin 3 mövzudan
istədiyi biri üzrə 2 saat 30 dəqiqə müddətində yazı işi yerinə
yetirmişlər. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı
olaraq Azərbaycan və ya rus dilində yerinə
yetirilib.
Yaxın günlərdə imtahanın nəticələrinin
yoxlanılması başa çatdırılacaq və nəticələri elan
olunacaq.
Qeyd edək ki, yazı işi bır sıra meyarlar nəzərə
alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə
qiymətləndiriləcək.
“Məqbul” qiyməti alanlar ixtisas seçimi zamanı III
ixtisas qrupunun digər ixtisasları ilə yanaşı jurnalistika
ixtisasını da seçə biləcəklər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR