Qadın
Qışın papaq, əlcək və şərf dəbi - FOTOLAR
Qış dedikdən əlcək, şərf və papaq modellərindən bəhs etməmək olmaz. 2014-cü ilin qış dəbində uzun şərflər və şallar da daxildir. Əlcək, şərf, boyunluq və papaq qışın əvəzolunmaz geyim əşyalarıdır. Onlar aksessuar olmaqdan əlavə, bizi soyuğun təsirindən qoruyan geyimlərdir.
Şərflər - Zəncirli şərflər, 2014-cü ildə xanımların stilini bəzəyəcək. Yun və toxunma boyunluqlardan isə heç bir xanım, belə qarlı havalarda vaz keçə bilmir. Hər zaman olduğu kimi bu il də dəbdədir. Geyimlərlə uyğunluq təşkil edən yun şərflər çox rahatlıqla kombinasiya edilir. Geniş naxışlı yun şərflər isə diqqət mərkəzindədir. Kürklü boyunluqlar və leopar təsvirli şərflər də son illərdə olduqca aktualdır. Bu qış da öz aktuallığını qoruyub saxlayır.
Əlcək - Bu ilin əlcək dəbi haqqında söz etmişdik. Bu gün qar yağdığı üçün yenidən əlcək dəbinə nəzər salmaq istədim. 2014-cü ilin əlcək dəbi çox rəngarəngdir. 2014-cü ildə əlcək modelləri arasında dəri və dirsəklərə qədər olan əlcəklər trenddir. Barmaqsız əlcəklər əvvəlki qədər üstünlük təşkil etməsə də, yenə də istifadə edilir. Sensorlu telefonlardan rahat istifadə etmək üçün ideal hesab etmək olar. Zərifliyə və şarma üstünlük verən xanımlar isə uzun əlcək modellərinə müarciət edə bilər. Onu da qeyd edim ki, bu il markalar qara, qırmızı, çəhrayı, təsvirli, leopar, yun əlcək modelləri təqdim edir.
Papaqlar - Bu il qadınların papaq modelləri də son dərəcə trenddir. Xüsusən də sloqanlı, qaşlı, krujevalı, tüllü papaqlar xeyli məşhurdur. Daha sadə model istəyirsinizsə, ucun topuzu, qotazı olan yun papaqlara üstünlük verə bilrəsiniz. Ya da ə qabiliyyətiniz varsa və toxumağa meyllisinizsə, dilədiyiniz rəngdə papaq toxuya bilərsiniz. Dizaynerlər idman üslubunu sevənlər üçün də bir-birindən maraqlı papaqlar hazırlayıb.
Publika.Az-ın qadın bölməsi qarın şərəfinə hər tərzə uyğun istifadə edə biləcəyimiz qış aksessuarları modellərini təqdim edir:
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan