İŞİD lideri qlobal terrorçu elan edildi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD lideri qlobal terrorçu elan edildi – VİDEO

ABŞ İŞİD-in liderlərindən biri və eyni zamanda, qurumun rəsmi sözçüsü olan Əbu Məhəmməd Əl-Adnanini qlobal terrorçu elan edib.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Katibliyi İraq Şam İslam Dövlətinin (İŞİD) əsas liderlərindən biri Əbu Məhəmməd Əl-Adnanini 13224 nömrəli əmrlə qlobal terrorçu elan etdiyini bildirib.

Yazılı açıqlamada həmçinin Əbu Məhəmməd Əl-Adnaninin bütün bank hesablarının dondurulduğu qeyd edilib.

Xatırladaq ki, ABŞ-ın kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İŞİD terror təşkilatının lideri Bağdadinin yaxalanması üçün 100 nəfərlik komanda yaradıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm