Qırmızı.az
Bıçaqlanan məmurun qohumu danışdı - VİDEO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşı Füzuli Əliyevin bıçaqlanması haqda qohumu danışıb.
Ümid Partiyasının sabiq sədr müavini, hazırda D18 hərəkatının rəhbəri Ruslan İzzətli Axar.az-a açıqlamasında xalasının həyat yoldaşının bıçaqlanması olayında adının hallandırılmasına etiraz edib:
“Medianın bəzən insanların acısından xəbər düzəltməsi üzücüdür. Anlayıram ki, sizin üçün xəbərin oxunaqlığı və fərqliliyi önəmlidir. Amma lütfən, o cür hadisələri bu üslubda işıqlandırmayın. Bu, doğru hal deyil”.
R.İzzətli mediadan xahişdə də bulunub:
“Mediadan və dəyərli jurnalistlərdən xahiş edirəm, fəaliyyətim və addımlarım haqda məlumat verin. Ailəmi və yaxınlarımı siyasi oyunların və ya prosesin iştirakçıları etməyin”.
Qeyd edək ki, Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qayını tərəfindən bıçaqlanıb. Hadisə ərazidəki mağazalardan birində baş verib və bıçaqlanma anı təhlükəsizlik kameralarına düşüb.
Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub. Hadisəyə Fizuli Əliyevin oğlu Rəşadın öz həyat yoldaşını boşadığı üçün qayınının intiqam almaq istəməsi səbəb olub.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO