Ərdoğan Türkiyə kəşfiyyat şefinə güvənəcəkmi? - FOTOLAR
Bizi izləyin

Dünya

Ərdoğan Türkiyə kəşfiyyat şefinə güvənəcəkmi? - FOTOLAR

Xəbər verildiyi kimi, Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) avqustun 27-də keçirilən ilk fövqəladə qurultayında Əhməd Davudoğlu hakim partiyanın yeni sədri, eyni zamanda baş naziri kimi təsdiq olunub. O, 2009-cu ildən Türkiyənin xarici işlər naziri vəzifəsini icra edib.

Publika.az-ın məlumatına görə, artıq yaxın günlərdə Türkiyənin yeni xarici işlər nazirinin adı bəlli olacaq.

Yeni xarici işlər naziri postuna əsas namizədlərdən biri hazırda Türkiyənin Avropa Birliyi naziri olan Mövlud Çavuşoğlu, digəri isə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidandır. Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlunun adı da siyasi kuliarlarda keçir.

Təhlilçilər Rəcəb Tayyib Ərdoğanın komandasında yer alan digər nazirlərin isə bu vəzifəyə gəlmə şansının çox az olduğunu düşünürlər.

Bundan əlavə, Türkiyə mediası yazır ki, yeni xarici işlər nazirinin komandasında xüsusi xidmət orqanlarının əməkdaşlarına daha çox üstünlük veriləcək. Buna görə də ehtimal edilir ki, Türkiyənin yeni xarici işlər naziri məhz ölkənin kəşfiyyat şefi Hakan Fidan olsun. Hətta, Hakan Fidana yaxın olan mənbədən Türkiyə mediasına bu barədə məlumat da daxil olub.

“Yeni dövrdə kimsə kreslo sevdası ilə yaşamasın. Çünki hər şey ayrı cür olacaq. Məqsəd o olacaq ki, Vətənə, millətə, dövlətə sadiq olanlara diqqət göstərilsin”, - deyə türkiyəli mənbə ölkə mediasına bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm