“Qalatasaray” “Barsa”dan futbolçu alır?
Bizi izləyin

İdman

“Qalatasaray” “Barsa”dan futbolçu alır?

“Qalatasaray” “Barsa”dan futbolçu alır?

“Qalatasaray” “Barselona”nın futbolçusunu almaq fikrinə düşüb.

Belə ki, “sarı-qırmzılılar” transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış “Barsa”dan Aleksandr Sonqu istəyib. Publika.az xəbər verir ki, klubun prezidenti Ünal Aysal şəxsən özü məsələnin həllinə çalışır.

Püşkatma üçün Monakoya gedən Ünal Aysal müdafiədə və yarımmüdafiədə oynaya bilən Sonq üçün “Barsa”nın idarə heyəti ilə müzakirələrə başlayıb.

Komandalar razılığa gələrsə, Sonq icarə əsasında “Qalatasaray”da forma geyinəcək. Baş məşqçi Çezaro Prandelli də onun heyətə qatılmasının tərəfdarıdır.

2012-ci ildən “Barselona”nın heyətində olan Sonq cəmi 39 oyuna çıxıb və sadəcə bir qol vur bilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm