Dünya
Poroşenko: "Bütün dünyaya və Avropaya təhlükə yaranıb"
"Ukrayna ərazisində minlərlə "xarici" əsgər və yüzlərlə tank
var".
Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, bu haqda Ukrayna
prezidenti Petro Poroşenko Brüsseldə mətbuat konfransında
bildirib.
"Hal-hazırda Ukrayna xarici hərbi təcavüzün və terrorun obyektidir.
Vəziyyət avqustun 27-də pisləşdi, minlərlə xarici əsgər və yüzlərlə
xarici tank hal-hazırda Ukrayna ərazisindədir. Bu yalnız Ukraynaya
deyil, bütün dünya və Avropaya təhlükədir", - deyə Brüsseldə
keçirilən mətbuat konfransında Poroşenko bildirib.
Poroşenko əlavə edib ki, Ukrayna hökuməti anlayır ki, bu münaqişə
hərbi yolla həll edilə bilməz.
Brüsseldə mətbuat konfransı zamanı Avropa Komissiyasının başçısı
Joze Manuel Barrozu bildirib ki, Ukraynanın şərqində yeni
cəbhələrin açılışı və münaqişədə Rusiya əsgərlərinin iştirakı
qəbuledilməzdir.
Onun sözlərinə görə, əgər qarşıdurma daha da güclənəcəksə, tərəflər
bir-birinə güzəşt etməyəcək.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu