Tabloid.az
Canlı yayımda qarşıdurma: Rəşad İlyasovdan ana-bacı söyüşü
Xəzər Televiziyasının “Bizim gün” verlişinin canlı yayımında qalmaqal yaşanıb.
Publika.az-ın məlumatına görə, sənətçi Rəşad
İlyasovla aparıcı Anar Cəfərov arasında qarşıdurma baş verib. Anar
ötən proqramların birində R.İlyasovun canlı efirdə meymundan qorxub
studiyadan qaçmasını xatırladıb.
Aparıcının “Gəl, qorxma, meymun yoxdur” sözlərinə sənətçi sərt
reaksiya verib. Müğənni kəskin fikirləri ilə izləyiciləri təhqir
edib:
“İlk dəfə verilişinizə qonaq gələndə məzəli bir hadisə baş verdi. Amma baxıb görürəm, internetdə xoşagəlməz şərhlər gedir. Mən istəmirəm nalayiq sözlər işlədim. Görürəm, insanlarda xoşagəlməz hadisələrə qarşı mənfi reaksiyalar daha çoxdur. Üzr istəyirəm ifadəmə görə, mənə elə gəlir, o şərhi yazanların heç evdə analarından, bacılarından xəbərləri yoxdur ki, evə nə vaxt gəlirlər, nə işlə məşğul olurlar. Sadəcə, oturublar kompüter qarşısında, türklərin bir yaxşı sözü var - klaviatura qəhrəmanları. Bax həmin insanlardır”.
Anarın “Meymundan qorxursan. Fakt studiyada meymun var idi, sən ondan qorxdun. Yəqin, fobiyadır” sözlərinə R.İlyasov “Yaşca səndən böyüyəm. Burada mənə fobiya dərsi keçmə. Ötən verilişdə olan hadisənin görüntülərini internet portallarına yaydınız. Mən də buradan onlara cavab verirəm” deyə münasibət bildirib.
Qeyd edək ki, bir müddət bundan öncə “Xəzər” telekanalında “Bizim gün” verlişinin qonağı olan Rəşad İlyasov studiyada meymundan qorxaraq canlı efiri tərk etmişdi.
Asya
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR