Nida.az
“Müsavat namizədləri iqtidara bağlı adamlardır” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMA
“Müsavat Partiyası İsa Qəmbərin ətrafında və liderliyində yaranıb. Ona ciddi alternativ yoxdur ki, cəmiyyət qəbul eləsin. O gedəndən sonra Müsavat Partiyasını diriltmək çətin olacaq”.
Bu sözləri Publika.az-a müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, Müsavat partiyası daxilində demokratiya heç zaman yüksək səviyyədə olmayıb.
Q.Həsənquliyev deyib ki, ümumiyyətlə, ölkədə siyasi mədəniyyət arzuladığımız səviyyədə deyil:
“Bu baxımdan Müsavatdakı proseslər ağrılı keçəcək. Kim seçiləcəksə, o da iqtidarla yaxından əməkdaşlıq edəcək. Artıq İsa Qəmbərin AXCP ilə girdiyi radikallıq yarışına da son qoyulacaq. Kimin başqan seçilməsindən asılı olmayaraq iqtidarla Müsavat əməkdaşlıq edəcək. Düşünürəm ki, real namizədlər iqtidara bağlı adamlardırlar və bu baxımdan iqtidar bir neçə kartla oynayır. Kim başqan seçilsə iqtidarla sıx əməkdaşlıq şəraitində öz mövcudluğunu qoruyub saxlayacaq”.
Deputat həmçinin bildirib ki, bir sıra partiyalar və mətbuat, o cümlədən iqtidar mənsubları bu məsələyə xüsusi diqqət ayırırlar:
“Nədənsə, çoxları Müsavatın lobbiçiliyi ilə məşğuldurlar”.
Vasif Həsənli
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR