Avropa Parlamenti Rusiya barəsində sənəd qəbul edəcək
Bizi izləyin

Dünya

Avropa Parlamenti Rusiya barəsində sənəd qəbul edəcək

Avropa Parlamenti Rusiyaya “Mistral” hərbi gəmilərini çatdırılmaqdan imtina edən Fransanın qərarını bəyənəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Parlamenti Fransa hökumətinin qərarını dəstəkləyən sənəd qəbul edəcək və Avropa Birliyi digər ölkələrini də analoji xətti tutmağa çağıracaq.

Sənəd Avropa Parlamentinin sabah keçiriləcək iclasında səsverməyə çıxarılacaq.

Xatırladaq ki, Fransa Rusiyaya ilk “Mistral” tipli döyüş gəmisini çatdırmaqdan imtina edib. Fransa prezidenti Fransua Olland Ukraynadakı hadisələrlə bağlı belə bir addım atdığını bildirib.

Fransa və Rusiya arasında iki “Mistral” tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. “Vladivostok” gəmisinin 2014-cü il, “Sevastopol” gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulurdu.

Ekspertlər qeyd etdilər ki, gəmilərin çatdırılması şərtlərinin yerinə yetirilməyəcəyi halda Fransanı 251 milyon avro cərimə gözləyə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm