Onlar hər gün təpədən Kobanini izləyirlər - Fotolar
Bizi izləyin

Dünya

Onlar hər gün təpədən Kobanini izləyirlər - Fotolar

İŞİD-in Kobaniyə hücumlarının başlanmasından 1 aydan çox vaxt keçib.

Axar.az xəbər verir ki, silahlı qarşıdurmalar hər gün davam edir. Kobanidən Türkiyəyə sığınan yerli sakinlər də hər gün sərhəddən Suriyadakı atışmaları izləyirlər.

Bir çox sakin evini təpədən rahatlıqla görə bilir. Hətta evlərinin harada olduğunu göstərirlər. İŞİD-in hər hücumunda hüznlə şəhərə baxan kobanililər koalisiya qüvvələrinin İŞİD-ə zərbələr endirmələrini alqışlayırlar.

52 yaşlı Nailə Xəlil adlı qadın səkkiz uşaq anasıdır. O da hər gün təpəyə gəlib Kobanini izləyənlərdən biridir. İki oğlu YPQ (Demokratik Birlik Partiyası) tərəfində İŞİD-ə qarşı döyüşür. Xəlil hər gün iki oğlu ilə telefonda danışdığını, ancaq hər dəfə zənglərin məcburiyyətdən kəsildiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm